Mansur Yavaş istefa verir? - Özü açıqladı

26-09-2024, 10:46           
Mansur Yavaş istefa verir? - Özü açıqladı
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş CHP-dən istefa verəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, o məsələ ilə bağlı "Sözcü"-yə danışıb.

"Özlərinə görə oyunlar qura bilərlər, amma biz onlara qapılacaq vəziyyətdə deyilik. İstefa vermək fikrim yoxdur. Məqsədim hər kəsin səs verə bilməsidir. İlk növbədə öz bələdiyyəmizə və görəcəyimiz işlərə diqqət yetirməliyik. Bu müzakirələrdən narahat olmağımın digər səbəbi də gündəmi zəbt etməyimizdir. Gündəm pensiya, ac insanlar, təhsildəki problemlər olmalıdır”, - deyə bələdiyyə sədri əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru