“Fırat qalxanı” əməliyyatı çərçivəsində Azad Suriya Ordusunun nəzarəti təmin etdiyi bölgələrdə İŞİD yenidən fəallaşıb.
Strateq.az xəbər verir ki, bu gün İŞİD-in hücumları nəticəsində Sandi, SAV əl Kabir, SAV əl Sağir və Ravda kəndlərindən Azad Suriya ordusunun geri çəkildiyi bildirilir.
“Xilafətçilər”in cənuba doğru sürətlə irəliləmənin ardından Türkiyə sərhədinə 1.5 km-ə qədər yaxınlaşdığı gələn xəbərlər arasındadır.