“DÜNYA 5 ÖLKƏNİN 2 DODAĞININ ARASINA MƏHKUM EDİLƏMƏZ” - Ərdoğan

21-09-2016, 09:38           
“DÜNYA 5 ÖLKƏNİN 2 DODAĞININ ARASINA MƏHKUM EDİLƏMƏZ” - Ərdoğan
Zaman, problemlərin öhdəsindən qəti şəkildə gəlmək zamanıdır.Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assembleyasında çıxışı zamanı deyib.

“Dünyanın bir çox ölkəsində insanlar aclıq və səfalətlə mübarizə aparır. Utancverici mənzərədir. Bu problemlərin əksəriyyəti asan şəkildə həll edilə bilər. Gələcək nəsillərin təhlükəsizliyi bu gün atacağımız addımlardan asılıdır”, – Ərdoğan bildirib.

FETÖ təhlükəsinə toxunan Ərdoğan 15 iyul qiyam gecəsi 241 vətəndaşın şəhid edildiyini bildirib: “Millətimlə fəxr edirəm. 29 gün demokratiya növbəsinə dayandı. Xain qiyam cəhdini qarşısını almaq üçün canlarını heçə saydılar. Bu gün qarşınızda danışa bilirəmsə, millətimin iradəsi sayəsindədir”.

Ərdoğan BMT Baş Assembleyasında çıxışı zamanı BMT-nin strukturunu, xüsusən də Təhlükəsizlik Şurasını tənqid edib. “Dünya 5-dən böyükdür” deyən Ərdoğan BMT Təhlükəsizlik Şurasını yenidən qurulmasının vacib olduğunu bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.