Livandakı Hizbullah və İsrail arasındakı münaqişədən qaçanlar Türkiyəyə bərə ilə gedir VİDEO

Bu gün, 17:38           
Livandakı Hizbullah və İsrail arasındakı münaqişədən qaçanlar Türkiyəyə bərə ilə gedir
Livanda əksər uçuşların ləğvi və bilet qiymətlərinin qalxdığı bir vaxt Türkiyədəki kiçik bir liman ölkədən qaçan insanlar üçün alternativ marşrut kimi fəaliyyət göstərir. Amerikanın Səsinin müxbiri Onur Ərdoğanın Mersin vilayətindən reportajı.

Livandan İsrailin hücumlarından və artan gərginlikdən qaçan sərnişinlər Türkiyənin Mersin vilayətinin Taşucu liman qəsəbəsinə gəldiyi üçün orada qeyri-adi artım müşahidə olunub.

Bərə rəsmiləri gəmilərin keçən həftə Tripolidən 600-dən çox sərnişin gətirdiyini, eyni müddət ərzində orta hesabla 50 nəfərlə müqayisədə son gələnlərin ümumi sayının təxminən 1300-ə çatdırdığını deyib.

Livandan bir çox uçuşların ləğvi və qiymətlərin artması ilə bərə xidməti çoxlarının Livandakı Hizbullah və İsrail arasındakı münaqişədən qaçmaq üçün bir yola çevrilib. Sərnişin Hüseyin Ayaz: "Uçuşlar yoxdur və hələ də mövcud olanlar çox bahadır. 900 dollara yaxındır. Ona görə də dəniz yolu ilə gəldim. Bu da bir az bahadır, amma edə biləcəyim heç nə yoxdur".

Sərnişin Sami Əl Kinq: "Bu gün Tripoli limanından gəmi ilə gəldik ki, işlədiyim Qanaya uçan reysə minək. Yeddi ildir oradayıq. Səfər ilk dəfə idi, yaxşı təcrübə idi, həyəcanlı idi. Uzun bir yol idi, 12 saat."

İsrailin iki həftə davam edən hava hücumları və qurudan hərbi müdaxiləsi Hizbullahın İsrailə raket hücumları yüz minlərlə insanı Livanı tərk etmək məcburiyyətində qoyub.

ABŞ Dövlət Departamentinin məlumatına görə, milli aviadaşıyıcı "Middle East Airlines" cümə axşamı ölkədə fəaliyyət göstərən yeganə kommersiya hava yolu şirkəti olub.

Bəziləri artıq 3,5 milyondan çox insana ev sahibliyi edən dünyanın ən böyük qaçqın ölkəsindən biri olan Türkiyəyə növbəti qaçqın dalğasından narahatdır.

Taşucudakı bərə xəttinin baş direktoru Əli Türur deyir ki, bəzi qaçqınlar ən qısa zamanda evlərinə qayıdacaqlarını deyirlər. "Ferry Line" CEO-su Əli Turur: "Son inkişaflardan, İsrailin bombardmanlarından sonra aviaşirkətlər təhlükəsizlik baxımından təyyarələrini Beyrutun hava limanına göndərməmək qərarına gəlib."

Lakin hücumların davam etməsi və bölgədə münaqişənin genişlənməsi ilə qaçqınların nə qədər tez bir zamanda evlərinə təhlükəsiz qayıda biləcəkləri bəlli deyil.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.