Qazaxıstanda korrupsiya qalmaqalı - Milyardlarla vəsait mənimsənilib

10-10-2024, 08:08           
Qazaxıstanda korrupsiya qalmaqalı -
Qazaxıstanın dövlət idman təşkilatlarında aparılan yoxlamalar zamanı Korrupsiyaya Qarşı Mübarizə Xidməti ümumilikdə 13 milyard tenge (təxminən 3,5 milyon manat) dəyərində 60-a yaxın qanun pozuntusu aşkar edib.

Fanat.az xəbər verir ki, bu barədə məlumatı "Sports.kz" yayıb.

Mənbənin məlumata görə, yoxlamalar zamanı həmin tədris bölmələrinin ikiqat maliyyələşdirilməsi, rüsum və adambaşına ayrılan vəsaitlərin oğurlanması ilə bağlı sxemlər aşkar edilib.

Mənimsəmədə şübhəli bilinən İdman və Turizm Nazirliyinin İdmanın İnkişafı İdarəsinin sabiq rəhbərliyi barəsində də ibtidai istintaq başa çatıb.

Bundan əlavə, 2023-cü il Asiya Oyunlarında iştirak, xidmət, avadanlıq və ezamiyyət xərclərinin maliyyələşdirilməsinə ayrılan büdcə vəsaitlərinin mənimsənilməsi müəyyən edilib. Asiya Oyunlarına görə dəymiş ziyanın ümumi məbləği 746 milyon tenge təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru