Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO

30-11-2024, 15:32           
Erməni dilində yazılan sözlər Türkiyədə etiraza səbəb oldu - FOTO
Türkiyədə bir müddətdir davam edən “kürdlərə dəstək”, “kürdlər əzilir” başlıqlı aksiyalar zamanı iştirakçılardan birinin erməni dilində açdığı plakat ciddi müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, aksiyalarda əsasən PKK terror təşkilatının qurucusu, 20 ildir Türkiyədə həbsdə olan Abdullah Öcalanın “Jin, Jiyan, Azadi”, yəni “qadın, həyat, azadlıq” sözləri şüar olaraq səsləndirilir.

Lakin bir neçə gün öncə keçirilən etirazlarda iştirakçılardan birinin bu sözləri erməni dilində yazması və həmin plakatı sosial şəbəkə hesabında paylaşması birmənalı qarşılanmayıb. Bu, Türkiyədə yaşayan ermənilərin separatçı fikirlər səsləndirən kəsimə dəstəyi kimi qiymətləndirilib.

Sözügedən plakat sosial şəbəkələrin erməni seqmentində qınaq atəşinə tutulub.

Qeyd edək ki, məşhur “ekofəal” Qreta Tunberq də bir neçə gün öncə Türkiyənin şərq vilayətlərinə səfər etmiş və buranı “Kürdüstan” adlandırmışdı. Onun separatçılara dəstəyi və çağırışları Türkiyədə ciddi etirazla qarşılandı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru