Engin Polatla atasına beşillik həbs cəzası verildi

1-05-2025, 15:38           
Engin Polatla atasına beşillik həbs cəzası verildi
Türkiyədə adı “çirkli pulların yuyulması” və “vergi cinayəti” işində hallanan, sosial media fenomeni Dilan Polatın əri, Engin Polat və onun atası Sezgin Polata 5 il 2 ay müddətinə həbs cəzası verilib.

“Sabah” xəbər verir ki, Engin Polat və atası saxta fakturalar və vergi proseduru qanununu ardıcıl olaraq pozduqlarına görə bu cəzanı alıblar.

Ailənin baş mühasibi Ahmet Gün isə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Onların “saxta hesablar” və “vergi hiylələri” ilə bağlı işində ümumilikdə dövlətə 44 milyon lirə maddi ziyan vurduğu bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru