Türküstan diyarının Aydınları və Mücahidləri - Xivəkənd/Kökənli xanlığının “Qızıl dövrü”nün hakimi-Ömər xan Əmiri....
Bu gün, 08:14

Qədim Türksoylu ulus-Moğolların şəcərə qollarını da özündə birləşdirən Çığatayların adlı-sanlı xələflərindən olan Muhammad Seyid Ömar xan Nərbuta oğlu Əmiri (1787-1822) Sır-Dərya çayından Balıqçı/Balxaş gölünədək üfüqləri çadır quran-Göy qübbəsini andıran yovşanlı-yulğunlu, gəngizli quru çölləri, bərəkətli Dəşti-Qıpçaq düzəngahının cənub hissəsini tutan Xivəkənd/Kökənli xanlığının təkamül mərhələsini (inzibati-ərazi sərhədlərinin mühafizəsi, hərbi-siyasi dövlət quruculuğu, dövlətlərarasi münasibətlərin formalaşması, beynəlxalq əlaqələrin təşəkkülü, güclü ordu bünövrələnməsi..) yaradan (1809-1822-ci illər hakimiyyətində) sərkərdə və mədəni inkişafın (heykəltaraşlıq, memarlıq, arxitektura, münüatür rəssamlığıl və nəqqaşlıq, nəsr və nəzm üslubu, dünyəvi, fəlfəfi-dini təlim...) əsasını qoyan filosof-şair kimi Türk dünyası coğrafiyasının “Qızıl dövr” xadimlərindən olmuşdur.
Xarici işğalçı qüvvələrə, xüsusilə davamlı səciyyə daşıyan rus silahlı dəstələrinin qarşısını almaq üçün müdafiə-istehkam tikililərinin (Sır-Dərya çayı sahillərində Yenikurqan, Cülək, Qamışkurqan, Əkməyək, Ağ Məscid, Quşkurqan...qalaları) inşası ilə yanaşı, Böyük İpək Yolunun təhlükəsizliyinin təminatı baxımından mühafizə tədbirlərinin gücləndirilməsini təmin etməklə, iri şəhərlərdə tarixi-memarlıq tikililərini (Xan sarayı), karvansaraylar, müalicəxanalar, Şərq üslubunda arxitektura şəbəkəli mədrəsə inşasını genişləndirmiş, dini-sakral (1819-cu ildə Cümə məscidi) və ədəbi-bədii irs nümunələrinin zənginləşməsinə (saray və dövlət kitabxanalarının sayı artmış, kitab üzü köçürən kalliorafların yetişməsi, alim və şairlərin yığıncaqları-məclisləri təşkil edilmiş) diqqət yetirmişdir.
Ömər xan Əmiri və həyat yoldaşı Nadirə bəyim Mehripəri (1792-1842) incə zövqlu və lirik duyğularla tərənnüm, vəsf edilən nəzm əsərlərinin müəllifləri kimi şöhrət qazanmış, filosof-alimlərin müzakirələrinə geniş yer ayırmışlar.
1842-ci il Xivəkənd/Kökənli xanlığının “Qızıl dövrü”nün sonunu yaxınlaşdırmışdır.
“Əmiri” Ömər xanın ədəbi təxəllüsü olub, Xivəkənd/Kökənli poeziyasını zənginləşdirən (özbək-cığatay və fars dillərində) yaradıcılarından idi.
Xanlığın inzibati-ərazi bütövlüyü, vahid dövlət sisteminin yaradılması Buxara və Xarəzm torpaqlarının birləşdirilməsi hesabına olmuş, siyasi-iqtisadi beynəlxalq əlaqələrinin gücləndirilməsinə diqqət yetirilmiş, Osmanlı Türkiyəsi, Rusiya, Əfqanıstan, İran...dövlətləri ilə səfirliklər səviyyəsində işgüzar münasibətlər formalaşmışdır. 1819-cu ildə bu cür səfərlərin birində Osmanlı Türkiyəsinin sultanı II Mahmud I Əbdülhəmid oğlu (1785-1839) Hacı Mir Qurbanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmiş, dövlət əhəmiyyətli danışıqlar apaılmış, Sultanın Xana ad etdiyi hədiyyələri (uzaqgörən optik-rəsədxana cihazı, qızılı-zərli ilmələrlə toxunmuş xalat, xüsusi hazırlanmış naqan, Ömər xanın tanınmasına nişanə olan Sultan fərmanı) çatdırmışlar.
Qardaş dövlətlər arasında bu cür səfərlər 1838-ci ildə də olub, Xivəkənd/Kökənli hakimi Muhammad Əli Ömər xan oğlunun səfiri Hacı Mühammad Zahid Xoca İstanbul şəhərində Sultanın qəbulunda olmuş, ona qiymətli hədiyyələr (müşafi şərif parçaları, 7 top ipək, 5 top qara Çin ipəyi, 7 kəhər at) təqdim edilmişdir. Sultanın təkilfi olub ki, Xivəkənd/Kökənli xanlığı dövlətlərarası münasibətini genişləndirməli, Hindistan vasitəsi ilə Böyük Britaniya Krallığı ilə əlaqələrinin yaradılması xüsusilə vacibdir.
Xanlığın Türk Sultanlığı ilə əlaqələrinə dair qiymətli tarixi sənədlər hazırda İstanbul şəhərində “Xətti Humayun” fondunda qorunub saxlanılır.
Haşiyə. Muhammad Əli xan da (1806-1842) atası və anası kimi şair olub, “Xan” təxəllüsü ilə şerlər yazıb, oxuculara bir “Divan”ı, bir neçə şeri çatıb. Filosof-Sufi, poeziya dühası M.Füzulinin (1494-1556) yaradıcılığını özünə “poetik məktəb” kimi qəbul edən Xan Ustadına ithaf etdiyi “Leyli və Məcnun” poemasını nəzirə janrında qələmə aldığı bildirilir.
Ömər xan hakimiyyəti illəri daxil olmaqla Xivəkənd/Kökənli xanlığının tarixi salnaməçisi Molla Alim Məhdum Xocanın tarixi risaləsi qiymətli mənbə olaraq qiymətləndirilir.
Bildirilir ki, 1815-ci ildə türküstan şəhərinə daxil olan Ömər xan ilk olaraq türk dünyasının filosof-şairi Xoca Əhməd Yasəvinin uyuduğu torpağı ziyarət etmiş, bu şərəfə görə 70 baş qoyu kəsərək qurban paylamışdır. Buhdan sonra O, “Əmir əl-Müslimin” (Müsəlmanlların rəhbəri) adını qazanmışdır.
Türk-Müsəlman dünyasına, ilk növbədə intəhasız geniz Qazax çöllərinə/Qıpçaq-Biçənək yurdlarına və Türküstan diyarına şimaldan təklükə və təcavüz yaradan rus işğalçıları 1850-ci illərdə artıq hərbi müdaxilələri gücləndirdiyindən 1853-cü ildə Cülək qalasını işğal edə bilmişlər.
1860-1864-cü illərdə Xanlığın əsas müdafiə-istehkam tikililəri-Yeni Kurqan, Türküstan/Xan, Cin-Kurqan qalaları işğal edilərək, çar Rusiyası ordusunun süvari və topçu nizami dəstələri yerləşdirilmişdir.
Bu döyüşlərdə Ömər xan müdafiə qüvvələrini səfərbər etsə də, ruslara qarşı mübarizədə 1865-ci ildə Buxara hakimi Müzəffər xana müraciət etmişdir. Türküstan diyarının işğalçısı general-leytnant və bu diyarın qubernatoru M.Q.Çernyayev (1828-1898) Seyid Müzəffərəddin Bahadur xana məktub göndərərək onu çəkindərməyə çalışmış və bildirmişdir ki, Xivəkənd/Kökənli xanlığı ərazisinin şimal hissəsi artıq tutulub və xanlığın cənub hissəsini, Fərqanə vadisini tutsunlar və Xudayar xanı ora hakim təyin etsin. Lakin, düşmənin bu xəyanətkar və hiyləgər təklifini Müzəffər xan qəbul etməmiş, Ömər xanla qüvvələrini birləşərdirərək mübarizəyə qalxsalar da....lakin, hər şey məğlubiyyətə düçar olmuşdur sonda...1868-ci ildə....Bu rus zabitinın adı tarixə Daşkənd şəhərinin işğalçısı (14 iyun 1860-cı il) və “Rusiya Türküstanı”nının paytaxtı elan etməsi ilə düşmüşdür.
Haşiyə. 1860-cı ildən Buxara əmirliyinin 8-ci hakimi olmuş S.M.Bahadur xan Nəsirullah xan oğlu (1834-1885) Şərq ədəbiyyatının dərin bilicisi və mütaliəçisi olmuş, saray kitabxanasını Türk-Müsəlman dünyasının alim-filosof və ədəbi-bədii əsərləri ilə zənginləşdirmiş, mahir xəttatlar tərfindən əlyazmaların köçürülməsi, hədiyyə nüsxələrinin hazırlanmasını təmin etmişdir. 1875-ci ildə Əmirin Sankt-Peterburq şəhərində çar II Aleksandrla (1818-1881) görüşü zamanı rus kitabxanasına böyük Sufi şairi Şeyx Nizami Gəncəvinin miniatür rəsmlərlə haşiyələnmiş 1648-ci il nüsxəsi olan “Xəmsə”si, 1872-ci ildə Əlişir Nəvainin “Divan”ı isə Britaniya Kralı Viktoriyaya (1819-1901) hədiyyə edilmişdir. 1913-cü ildə isə Buxara xanı Alim xan Müzəffərəddin oğlu Şərq ədəbiyyatının klassikləri S.Şirazinin, X.Pəhləvinin, Caminin küliyyatları II Nikolayın (1868-1918) saray kitabxanasını zənginləşdirmişdir.
.Xivəkənd/Kokand xanlığının Rusiya dövləti tərəfindən işğalı Qazaxstan çölləri və Türküstan diyarının siyasi-dövlət qurumlarının güclü müqavimət göstərilmədən məğlubiyyətinə səbəb olmuş, əzəli Türk-Müsəlman dövlətçiliyi sisteminin dağılması ilə nəticələnmişdir. Tarixi idarəetmə sistemi, oturuşmuş xalq məclisi gələnəklərinnin inzibati dəyərləri, fəlsəfi Şərq müdrikliyi, zəngin mənəvi, mistik dini-sakral dünyadərki kökləri, incəsənət və mədəniyyət xəzinəsi, eləcə də, bir neçə minillikdə təşəkkül tapmış təbəddülat mərhələlərinin irs nümunələri bu işğal nəticəsində məqsədli şəkildə zəiflədiliməsinə, silinməsinə və ya yabançılaşmasına nail olunmuşdur...
R.S. Cığatay soylu əski Türk qəbilə-tayfa İttifaqı kimi təşəkkül tapmış Xivəkənd/Kökənli xanlığının tarixi-coğrafi səlnanəsi bir sıra nəşrlərdə sənədli faktlarla şərh edilərək elmi-nəzəri təhlilləri aparılmışdır. Qədim ərəb səyyahı və coğrafiyaşünası Ə.İ.İstaxrinin (850-938) “Yollar və məmləkətlər haqqında kitab”, rus zabiti, etnoqrafı və tədqiqatçısı V.P.Nalivkinin (1868-1918) “Kokand xanlığının qısa tarixi” (1886), Özbək tarixçisi, akademik H.N.Bababəyovun (1941) ingilis dilində nəşr edilən “Mərkəzi Asiya sivilizasiyasının tarixi” toplusunun 5-ci cildində “Kokand xanlığı” bölümü (2006)... əsərlərində bu qədim diyar və tarixi şəxsiyyətləri haqqında mükəmməl məlumatlar verilmişdir.
Qismət Yunusoğlu, Bakı Dövlət Universitetinin müəllimi
TEREF