Türkiyədə seçki saxtakarlığı görüntüləri — FOTO

7-06-2015, 14:55           

Sosial şəbəkədə Türkiyədə keçirilən parlament seçkiləri ilə bağlı saxtakarlıq görüntüləri yayılıb.

Şanlıurfada bir vətəndaş əlindəki bütün seçki vərəqlərində səsləri HDP-nin (Xalq Demokrat Partiyası) lehinə verib. O, möhürü vurandan sonra həmin zərfləri qutuya atıb.

Facebook hesabında paylaşılan həmin şəkildə adamın tək olsa da əlində bir neçə seçki vərəqi olduğu və onları təkbaşına qutuya atdığı görünür.

Diqqəti çəkən məqamlardan biri də səsvermə məntəqəsində şəkli çəkən və vərəqləri qutuya atan adamdan başqa heç kimin olmamasıdır. Səs verən adam şəkli çəkdirəndən sonra özünün facebook hesabında paylaşıb. Lakin o, şəkli paylaşan zaman Ömer Mutlu və Şerif Mutlu adlı iki nəfərin də adını qeyd edib. (ans)















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.