İranlı bu Dana bizi təhqir etdi - VİDEO

10-06-2015, 23:32           

"Bu insanlar ABŞ və İsrailin oyunu olan pantürkizmə qapılaraq yaşadıqları yeri "qədim tarixli dövlət", özlərini "qədim tarixli xalq", dillərini də "zəngin dil" sayırlar. Halbuki, onların əcdadları çöllərdə yaşayan, at südü içib at əti yeyən köçərilər olub ki, biz farsların sayəsində mədəniyyətin, dilin, sivil kültürün nə olduğunu öyrəniblər. Onlara oxuub-yazmağı biz öyrətmişik, çoxallahlı bütpərəstlikdən biz qurtarıb İslama gətirmişik. İndi bizi tanımır, özlərini millət və dövlət sayırlar".

Milli.Az bildirir ki, bu aşağılayıcı sözlər İranın populyar videobloqerlərindən olan Omid Dana söyləyib. O, YouTube-dakı kanalında yerləşdirdiyi "Pantürkizmin özü və iç üzü, mahiyyəti" adlı videosunda Azərbaycanı, azərbaycanlıları, sonra da, ümumiyyətlə, türk ulusunu təhqir edib.

Azərbaycanlıları "əvvəl Sovet Rusiyasına, indi də osmanlı Türkiyəsinə yaltaqlanan və bel bükən toplum" adlandıran Dana ölkəmizin, ümumiyyətlə, "heç olduğunu" iddia edib.

"Azərbaycan tarixdə olmayıb. Olan Arandır ki, indi oralarda Azərbaycan dövləti var. Azərbaycanlılar İran şəhəri Bakuya "Bakı", Urmiyyəyə "Urmu", İranın şimal əyalətlərinə "Güney Azərbaycan" deyirlər. Qəznəvilər, səfəvilərlə fəxr edirlər. Halbuki, İranda, sadəcə, Pəhləvi xanədanı tarixi çəki baxımından onların hamısından üstündür. Türklərin köçəri tarixi o qədər bəsitdir ki, Çingizxan, Atilla, Teymurləng kimi cəlladlarla fəxr edirlər. İsrailin buyruq quluna dönmüş Azərbaycandakı pantürkistləri, əslində, sionistlərin nökərləri olduqlarının fərqinə varmaq istəmirlər", - Omid Dana söyləyib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.