İranda cəsədlərin axtarışı başa çatdı

20-05-2024, 11:46           
İranda cəsədlərin axtarışı başa çatdı
İran Prezidenti İbrahim Rəisinin də içərisində olduğu helikopter qəzaya uğrayıb. “Mehr” agentliyi İran lideri və helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətinin qəza nəticəsində həlak olduqlarını yazıb.

Gununsesi.info -nun verdiyi xəbərə görə, qəza nəticəsində həlak olanların şəxsiyyətinin müəyyən edilməsi prosesinə başlanılıb.

Bildirilir ki, proses qəza yerində həyata keçirilir.

İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd “Əl-Cəzirə” telekanalına açıqlamasında bildirib ki, İranda helikopter qəzasında həlak olan bütün şəxslərin cəsədlərini aşkar edib.

Onun sözlərinə görə, cəsədlərin axtarışı başa çatıb:

“Həlak olanların cəsədləri qəza yerindən Təbriz şəhərinə göndərilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru