Bu ölkə İrana görə matəm elan etdi

20-05-2024, 12:28           
Bu ölkə İrana görə matəm elan etdi
Pakistanın baş naziri Şahbaz Şərif İran prezidenti və onu müşayiət edən nümayəndə heyətinin həlak olması ilə bağlı başsağlığı verib və bu ölkədə ictimai matəm elan edib.

“Əl-Cəzirə”-yə istinadla bildirilir ki, Şahbaz Şərif bu hadisədə İranla həmrəy olduğunu bəyan edib.

“Prezident və onun nümayəndə heyətinə hörmət əlaməti və qardaş İranla həmrəylik olaraq, Pakistanda bir gün ictimai matəm keçiriləcək və ölkə bayrağı yarıya qədər qaldırılacaq”, - Pakistanın baş naziri qeyd edib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru