Vladimir Putin İrana axtarışlara yardım üçün 50 xilasedicinin göndərilməsi barədə tapşırıq verib

20-05-2024, 10:08           
Vladimir Putin İrana axtarışlara yardım üçün 50 xilasedicinin göndərilməsi barədə tapşırıq verib
Rusiya İran prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğramasından sonra axtarış-xilasetmə işlərinə dəstək üçün hərəkətə keçib.

Belə ki, Rusiya yardım məqsədi ilə iki təyyarə, bir neçə helikopter və 50 xilasedici göndərəcək.

Bununla bağlı əmri Rusiya Prezidenti Vladimir Putin verib.

"Putinin göstərişi ilə bir saat ərzində iki müasir təyyarə, bir neçə helikopter və göyərtəsində 50 dağ xilasedicisi (İranın şimal-qərbindəki) Təbriz şəhərinə uçacaq", - deyə Rusiya prezidentinin müşaviri İqor Levitin bildirib.

Eyni zamanda, Rusiya liderinin müşaviri Rusiya Federasiyasının İrana yardım üçün göndərəcəyi helikopterlərin sayını dəqiqləşdirməyib.

Qeyd edək ki, İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini aparan helikopter qəzaya uğrayıb. Hava karvanında üç helikopter olub, nazirlər və rəsmilərin olduğu iki helikopter sağ-salamat təyinat yerinə çatıb. Prezidenti aparan helikopterdə Təbrizin cümə imamı Ayətullah əl-Haşem və xarici işlər naziri Əmir Abdullahian da olub.

Mənbə: Tasnim












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru