The Guardian: Kinorejissor Rəsulof İrandan piyada qaçıb
20-05-2024, 12:08
Kinorejissor Məhəmməd Rəsulof The Guardian qəzetinə bildirib ki, o, milli təhlükəsizlik ittihamları ilə İran həbsxanasına düşməmək üçün dağlı sərhəd bölgəsi boyunca “yorucu və son dərəcə təhlükləri” yollardan keçərək, ölkəni tərk edib.
Rəsulof bazar ertəsi deyib ki, məhkəmənin onu yeni “Müqəddəs Əncirin Toxumu” filmi səbəbilə səkkiz il həbsə məhkum etməsindən sonra o, İrandan qaçıb.
Tez-tez ölkə hakimiyyətinin hədəfinə çevrilən aparıcı iranlı kinorejjisor cümə günü The Guardian qəzetində dərc olunan müsahibəsində deyib ki, o, Almaniyaya sığınıb və gələn həftə filmin Kanda keçiriləcək premyerasında iştirak edəcəyinə ümid bəsləyir.
Filmdə Tehranda siyasi iğtişaşlar fonunda bir hakimin çəkdiyi çətinliklərdən bəhs olunur.
Rəsulof Birləşmiş Krallıq qəzetinə deyib ki, onun getməkdən “başqa seçimi yox idi,” ancaq o “yaxında” evə qayıdacağını gözləyir.
“Mənim missiyam İranda baş verənləri və bizi iranlılar olaraq ilişib qaldığımız vəziyyətin hekayəsini çatdıra bilməkdir,” Rəsulof deyib.
“Mən həbsdə bunu edə bilmərəm. Mən tezliklə qayıdacağımı fikirləşirəm, amma məncə ölkəni tərk edən bütün iranlılar belə düşünür,” o bildirib.
Rəsulof daha öncə başqa filmləri səbəbilə iki dəfə həbs olunub və 2017-ci ildə pasportu əlindən alınıb.
Rəsulof deyib ki, o, ölkədən getməyə qərar verəndən sonra mobil telefonlar və kompyuterlər vasitəsilə bütün kommunikasiyaları kəsib və gizli yolla piyada sərhəd keçidinə gedib.
“Bu, bir neçə saat davam edən, yorucu və son dərəcə təhlükəli bir yol idi,” o deyib. "
Rəsulof gizli bir evdə qalandan sonra Almaniya rəsmiləri ilə əlaqə yaradın və onlar onu Avropaya səyahət etməsinə imkan verən sənədlərlə təmin ediblər.