“Bəzi saytlarda mənim saxlanılmağım barədə xəbərlər yayılıb. Bunlar cəfəngiyyatdır. Qazilər adından istifadə edirlər. Araşdırma zamanı məlum oldu ki, hay-küy salan qadın hər hansı qazinin, şəhidin doğması deyil”.
Bunu Gununsesi.info-ya müsahibəsində “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov həbs edilməsi barədə bəzi media orqanlarında yazılanlara münasibət bildirərkən deyib.
İş adamı bildirib ki, şirkətə gətirilən qazilərin çoxu oyuna salınıb:”O qadın özünü əvvəlcə şəhid, sonra qazi anası kimi təqdim etdi. Polisdən araşdırma zamanı məlum oldu ki, ümumiyyətlə, onun qazi, şəhid övladı yoxdur. Siz də media əməkdaşı kimi bunu araşdırın. Görün ki, oraya gələnlər kimlərdir və kim onları yönləndirir”.
Qeyd edək ki, bir qrup şəxs “Hollivud” şadlıq sarayında yerləşən “Şərur” MTK-nın ofisinə gələrək, hay-küy salıb. Onları oğlu, iş adamının oğlu Mehdi Axundov qarşılayıb.
Mehdi ilə qazilər arasında mübahisə yarandığı üçün Mehdi polis çağırıb.