Səfiri öldürən Altıntaşın nəyə görə sağ ələ keçirilmədiyi açıqlandı

21-12-2016, 14:35           
Səfiri öldürən Altıntaşın nəyə görə sağ ələ keçirilmədiyi açıqlandı
Dünən partiyasının qrup toplantısında çıxış edən türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçaroğlu Rusiyanın Ankara səfirini öldürən sui-qəsdçi haqqında, "Niyə canlı tutulmadı?", - deyə sual ünvanlamışdı.

FaktXəbər-in məlumatına görə, bu barədə "Habertürk" Sarıkaya Müasir Sənətlər Mərkəzinə gələn və əməliyyata qatılan təhlükəsizlik orqanlarının rəhbərlərinə eyni sualı ünvanlayıb.

Açıqlama verənlərin hamısının cavabları bir-birinə oxşayıb. Amma içlərindən sadəcə birinin bu cümləsi hər şeyi yekunlaşdırıb:

"Bu cür hərəkət edən şəxsə qarşı təkcə bizdə deyil, dünyanın hər bir ölkəsində eyni cür davranırlar. Hətta biz daha çox vaxt verdik."

Təhlükəsizlik ənəkdaşları bildiriblər ki, sui-qəsdçi Mövlud Mərd Altıntaş səfiri vurduqdan sonra içəridə atəş açmasını davam etdirərkən, ətrafda ilk təhlükəsizlik tədbirini ərazidə olan yol polisləri görüb.

Paralel olaraq yaxınlıqdakı səfirliklərin mühafizəsini təmin edən polislər və təhlükəsizlik əməkdaşları gəlib:

"Altıntaşa "Təslim ol!" çağırışı edildikdə, "Buraya ölməyə gəldim", - deyərək müqavimətini davam etdirdi və ətrafa atəş açmağa başladı.

Daha sonra hadisə yerinə gələn xüsusi təyinatlılar da "Təslim ol!" çağırışını təkrar edəndə, oxşar cavab aldılar. Daha sonra Altıntaş əvvəlcə topuğundan və baldırından vuruldu. Əlini cibinə aparanda da binaya yerləşdirdiyi bombanı partladacağı şübhəsinə düşdük. Binanın içində çox sayda vətəndaş var idi. Ola bilsin səfir də həmin vaxt sağ idi. Bundan sonra isə sərbəst atəş tapşırığına görə öldürüldü. Öldürülüb, şəxsiyyətini araşdırana kimi polis olduğunu bilmirdik."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru