Andrey Karlovun qətlini bu təşkilat öz üzərinə götürdü

21-12-2016, 17:22           

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Ankarada səfir Andrey Karlovun ölümü ilə bağlı yeni açıqlama verib. Sputnik xəbər verir ki, o, bu işin arxasında kimlərin durduğunu söyləməyin hələ erkən olduğunu söyləyib.

"Moskva hesab edir ki, Karlovu kimlərin öldürdüyünü söyləmək hələ tezdir. Çünki istintaq yeni başlayıb. Həm rus, həm də türk ekspertlər buna çalışırlar. Vladimir Putinin də dediyi kimi, istintaq yekunlaşmadan bir şeylər demək doğru olmaz", — Peskov bildirib. Bu arada Suriyadakı "Ən-Nüsra Cəbhəsi", internet vasitəsilə açıqlama yayıb. Açıqlamada, rus səfir Andrey Karlovun, bu terror təşkilatı tərəfindən qətlə yetirildiyi bəyan olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru