FETÖ-nün film əsgərləri – Çəkilən filmlər, verilən mesajlar

27-12-2016, 13:29           
FETÖ-nün film əsgərləri – Çəkilən filmlər, verilən mesajlar
Türkiyə Böyük Millət Məclisi (TBMM) FETÖ və 15 iyul hərbi çevriliş cəhdini araşdırma komissiyasının hazırladığı ilkin hesabatda FETÖ-nun filmlərdəki quruculuğu və ötürülən subliminal mesajlar yer alıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, FETÖ-nün 2009-cu ildən etibarən 6 film çəkdiyi, təxminən 7 min bilet satdığı bildirilir. Hesabata əsasən, təşkilat imamlar əsgərlərlə həftə sonları kinolarda görüşürdü.

İlkin hesabat qısaca belədir:

Orta hesabla 1 milyon baxış sayı

Gülən camaatı 2009-cu ildən etibarən özünü film sahəsində göstərməyə başlayıb. Ardıcıl olaraq “Kelebek” (2009), “Eşrefpaşalılar” (2010), “Allahın Sadık Kulu: Barla” (2011), “Selam” (2013), “Birleşen Gönüller” (2014), “Selam: Bahara Yolculuk” (2015) filmləri nümayiş olunub. Bu filmlər üçün təxminən 7 milyon bilet satılıb. Türkiyədə hər film üçün orta hesabla tamaşaçı sayı 100 min olduğu təqdirdə, bu 6 filmin baxış sayının milyonu keçməsi və film sahəsindən uzaq olan bir "camaat"ın belə bir rəqəm əldə etməsi diqqət çəkir.

Sözügedən filmlər Türkiyədə yüzlərlə salonda göstərilib. Bu isə kino tənqidçilərinin də ifadə etdiyi kimi, bir film üçün heç də asan bir şey deyil.

Subliminal mesajlar

Gülən camaatının filmlərində əsas hekayə, xidmət hərəkətidir. Adətən uzaq rayonlara və ya ölkələrə gedən müəllim, həkim və ya imam üzərindən qohum həsrəti, qürbət vurğusu, xidmət eşqi və camaat ola bilməyin əhəmiyyəti vurğulanıb. Ancaq bəzi filmlərdə bu hekayələr üzərindən subliminal mesajlar verilib.

İlk film olan “Kelebek”də Mövlananın fikirlərindən təsirlənmiş bir camaatın xaricdəki fəaliyyətlərindən bəhs olunub. İcma üzvləri Əfqanıstanda təhsil və səhiyyə xidmətləri göstərir. ABŞ-la yaxın əlaqəsi olan camaatın mühüm xidmətlərindən biri də ABŞ-a tələbə göndərməkdir. Filmin maraqlı tərəflərindən biri də odur ki, camaat-təriqət üzvləri terror məsələsində keçmiş ABŞ prezidenti Buşla eyni fikirdədirlər. Yeganə günahkar Əl-qaidə və Taliban kimi təşkilatlardır. ABŞ məsum və məzlumdur. Bu baxımdan film, Amerika meyilli mötədil İslam təbliğatı aparır.

“Eşrefpaşalılar”da isə hekayənin qəhrəmanı, idealist bir imamdır. Film boyu “hoca” olaraq anılır. Sözügedən “hoca” məscidə getməyən sakinləri dəyişdirməyə çalışır. Filmdəki hocanın Fətullah Güləni təmsil etdiyinə dair məlumatlar var. Filmin bir səhnəsində “Başqalarının Günahına Ağlayan Adam” kitabı nümayiş olunur. Mətbuatda filmin sonundakı “Təşəkkürlər” siyahısının ən başında yer alan “Ona” yazısının Gülənə həsr olunduğuna dair iddialar yer alıb. “Kelebek” və “Eşrefpaşalılar” filmlərində Həzrət Məhəmməddən (səv) heç bəhs edilməməsi diqqəti çəkir.

Bir xidmət hekayəsindən yola çıxan “Salam” filmində, kilsə, xaç, Xristian cənazəsi görüntülərilə dialoq mesajı verilib.

“Salam: Bahara Səyahət” filminin mövzusu xidmət üçün xaricə gedən müəllimlərdən ibarətdir.

“Allahın Sadiq Qulu: Barla” filmində Səidi Nursinin Barlada keçən sürgün həyatından animasiya olaraq bəhs edilib.

“Birləşən Ürəklər” filmində isə 1944-cü ildə Batumda başlayan və Axısxa türklərinə aid olan bir hekayənin 1942-ci ildə Şimali Qafqazda baş vermiş kimi izah edilməsi diqqəti cəlb edir. Axısxa türklərinə edilən zülmün “Holokost” filminə çevrilməsi və rus zülmündən bəhs edilməməsini, həm İsrailə, həm də Rusiyaya uzadılan əl kimi izah etmək mümkündür.

Təqibə qarşı çox həssasdırlar

Hesabatda təşkilat içindəki imamlarla hərbi personal arasındakı görüşlərin həftə sonları kafe, restoran, kinoteatr, ev kimi yerlərdə keçirildiyi vurğulanıb. Hesabatda imamların hərbi personalla təmas qurmaq şəkilləri xülasə belə sıralanıb: Görüş keçiriləcək rayondan və ya rayon xaricindən gəldiyi, görüşə gələnlərin 25-30 yaş arası, universitet tələbələri və ya məzunu olduğu, təqibə qarşı həddindən artıq həssas olduqları, GSM istifadə etmədikləri, avtomat telefonla əlaqə yaratdıqları, kod adlardan istifadə etdikləri, “Bylock”un ifşasından sonra “Eagle” adlı proqramın istifadə edilməsi tapşırığı aldıqları, görüşlərdən sonra əksər vaxt elə həmin gün geri qayıtdıqları şəkilində məlumatlar əldə edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.