İyunun 7-də keçirilən seçkilərdə formalaşmış Türkiyə Böyük Millət Məclisinin (TBMM) ilk toplantısı başlayıb.
APA-nın xəbərinə görə, toplantıya yeni tərkibin ən yaşlı nümayəndəsi qismində Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri, Antalya millət vəkili Dəniz Baykal sədrlik edir. Açılışa prezident Rəcəb Tayyib Ərdoğan da qatılıb. D. Baykalın açılış nitqindən əvvəl prezidenti salamlaması Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri tərəfindən alqışlarla qarşılanıb. Sonra o, qısa nitq söyləyib və çıxışında dünyəviliyin önəminə diqqət çəkib.
D. Baykalın çıxışından sonra andiçmə mərasimi başlayıb. Millət vəkilləri vilayətlərin əlifba sırası ilə and içməyə başlayıblar. Mərasimin azı 10 saat davam edəcəyi bildirilir.