Dövlət Baxçalı Öcalanı İmralıdan çıxaracağına söz verdi

13-04-2015, 11:05           
Dövlət Baxçalı Öcalanı İmralıdan çıxaracağına söz verdi
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı partiyasının seçki proqramına son şəklini verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, seçki proqramında İmralı adasında həbsxanada olan PKK lideri Abdullah Öcalanla bağlı xüsusi müddəa da yer alıb. Qeyd olunur ki, MHP iqtidara gələcəyi halda Öcalan xususi məhkum statusunda olduğu İmralıdan F tipli həbsxanaya etap ediləcək.

Qeyd edək ki, F tipi həbsxanalarda məhkumlar tam təcrid şəraitində saxlanılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru