Sona Vəliyevanın İstanbulda kitabı çıxıb - FOTO

6-07-2015, 13:04           
Sona Vəliyevanın İstanbulda kitabı çıxıb - FOTO

Sona Vəliyevanın İstanbulda kitabı çıxıb
İstanbulda azərbaycanlı şairə Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabı çapdan çıxıb.

APA-nın Türkiyə müxbirinin məlumatına görə, “Araz” nəşriyyatının çap etdiyi kitaba Sona Vəliyevanın 2000-ci ildən bəri yazdığı şeirlərin bir hissəsi daxil edilib. Azərbaycanın xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı kitaba yazdığı “Ana ruhunun işığında” adlı ön sözdə Sona Vəliyevanın şeirlərindəki fikir-ideya-məzmun-ifadə məfhumlarının yaratdığı paradiqmanın əsas cəhətləri barədə oxuculara geniş təhlil təqdim edib.

Qeyd edək ki, “Arazbarı”dan sonra Sona Vəliyevanın Türkcə ikinci şeir kitabı çapa hazırlanır. Kitabın yaxın gələcəkdə işıq üzü görməsi gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.