Bərzani kürd deyilmiş? – Murat Çabas: “Bərzaninin hədəfi Türkiyədir”

4-07-2017, 20:57           
Bərzani kürd deyilmiş? – Murat Çabas: “Bərzaninin hədəfi Türkiyədir”
Böyük Yaxın Şərq layihəsi

Hurriyyet.org Murat Çabasın Türkiyənin “Yeni Mesaj” qəzetində dərc olunan məqaləsini oxucularına təqdim edir.

Sentyabrın 25-də müstəqillik referendumuna hazırlaşan peşmərgə lideri Bərzaninin açıqlamalarına diqqət yetirilsə, sadəcə, İraqın şimalı ilə kifayətlənməyəcəkləri açıq görünür.

ABŞ və İsrail Böyük Yaxın Şərq prosesi çərçivəsində planlaşdırdıqları işğalı addım-addım həyata keçirirlər və bunu yəhudi əsilli Bərzani vasitəsi ilə reallaşdırırlar.

Bəs, siyasətçilərimizin “dost”, “müttəfiq”, “qardaşım”, “Kürdistan bölgəsinin lideri”, hətta “Türkiyə səninlə qürur duyur” şüarları ilə xitab elədiyi Bərzaninin hədəfində haralar var? İstəyirsinizsə, media və mətbuata sızan bir sıra dəlillərlə bunu ifadə etməyə çalışaq.

Bərzani 25 sentyabr referendumu üçün hazırlıqlarını sürətləndirir və bununla bağlı bəzi reklam filmləri hazırlatdırıb. Reklam videolarında ifaçıların taxdığı boyunbağılarda Türkiyənin cənub-şərqi də Kürdistan sərhədlərinə daxil edilib. Yəni ölkəmizin cənub-şərqi Bərzaninin hədəfindədir, bunu boyunlarından boyunbağı, “qularlarından sırğa” asacaq qədər çox arzulayırlar.

Bərzani bir neçə gün bundan əvvəl Amerikanın məşhur qəzetlərindən olan “Vaşinqton Post”da bir məqalə dərc etdirdi. Bu məqalədə “100 il əvvəl, Birinci Dünya Müharibəsindən sonra kürdlərə müstəqil dövlət olacaqları vəd edilib” ifadələrini qeyd edən Bərzani “Lakin kürdlərin tələblərinin əksinə, Kürdistan; Türkiyə, İran, Suriya və İraq arasında bölüşdürüldü”, - deyə yazıb.

Bunun mənası “İraqın şimalı ilə kifayətlənməyəcəyik, Türkiyə, İran və Suriyadakı parçaları da birləşdirəcəyik” deməkdir.

Bərzaniyə yaxın olan “Rudav” televiziya kanalında efirə gedən hava proqnozu verilişi ilə bağlı böyük xəritə qalmaqalı illərdir ki, davam edir. Kanalın istifadə elədiyi zəritədə Türkiyənin şərq və cənub-şərqindəki şəhərlər “Kürdistan” kimi göstərilir.

Cənub-şərqi Anadolu regionunun hamısı və Şərqi Anadolu bölgəsinin demək olar ki, hamısıxəritəyə daxil edilir və qondarma Kürdistan sərhədi Sivasa qədər uzanır.

“Rudav” kanalı 2013-cü ildən bəri hava proqnozunu bu xəritə ilə verir.

2013-cü ilin noyabr ayında o dövrdə baş nazir olan Ərdoğan Diyarbəkirə Şivan Perver ilə gələn Bərzanini “Kürdistan lideri” kimi salamlayarkən, Bərzaninin partiyası olan KDP-nin rəsmi “feysbuk” səhifəsində “Kürdistan xəritəsi” dərc edilmişdi. Bərzaninin Diyarbəkir çıxışının videolarının paylaşıldığı səhifədə Türkiyənin cənub-şərq bölgəsinin hamısı və Şərqi Anadolu bölgəsinin isə demək olar ki, hamısı bu Kürdistan xəritəsi içərisində göstərilir.

Bərzaninin Türkiyə ilə bağlı hədəfi, sadəcə, xəritələrdə, reklam filmlərində deyil, eyni zamanda, dəfələrlə Türkiyəyə qarşı təhdidlərində də əks olunub.

2007-ci il... Kərkük peşmərgələşmədən əvvəl, Türkyə siyasətinin Kərkük ilə əlaqədar bəzi açıqlamalarına belə dözməyən Bərzani təhdidlər saçır və baxın bu təhdidlərdə nələr deyir: “Türkiyə Kərkükə qarışmaq hüququna malik deyil. Əgər türklər Kərkükə müdaxilə edərlərsə, biz də Türkiyənin cənub-şərqinə müdaxilə eləməklə qarşılıq verərik. Biz də Diyarbəkirin və digər şəhərlərin daxili işlərinə qarışarıq. Kərkükdə nələr baş verdiyi Ankara qətiyyən aid deyil. Kərkükdə türkmən milli azlığı ola bilər. Türkiyədə də 30 milyon kürd var, amma biz heç onların daxili işlərinə qarışmırıq. Əgər Türkiyə bir neçə min türkmən üçün Kərkükə müdaxilə edəcəksə, biz də 30 milyon kürd üçün Türkiyəyə müdaxilə edərik”.

Sanki PKK-nı öz içərisində bəsləyərək, hər cür dəstəyi verərək, Türkiyənin daxili işlərinə heç qarışmayıb, Türkiyədəki terroru heç körükləməyib...

Bəs Birzani, siyasətçilərimizin iddia elədikləri kimi, Türkiyəyə heç dost olubmu? Bərzaninin əsl məqsədi nədir?

İstəyirsiniz, bu sualların cavabını professor Haydar Başın bir neçə il bundan əvvəl dediyi ifadələrlə verək:

“Bərzani nə vaxt dost olub ki? Bir nümunə göstərsinlər. Deyək ki, həqiqətən bunu bilmirik. Və illərdən bəri atası ilə birlikdə həyata keçirdikləri planlar və özünün proqramı Türkiyə Respublikası dövlətinin parçalanması ilə bağlıdır...”

“Bərzani hərəkatı nədir? Barzani bir yəhudi hərəkatıdır, kürd hərəkatı deyil. Kobani deyilən bölgədə böyük İsrailin təməllərini atdılar. O, İsrailin qoludur. İndi bunu genişləndirmək istəyirlər. Bunun üçün də kürd qardaşlarımızdan istifadə eləmək istəyirlər.

Əgər kürd qardaşlarımız, xüsusilə ələvi kürd qardaşlarımız, bu oyuna gedərlərsə, Allah eləməsin, fələstinlilərin taleyini yaşayacaqlar. İnsanlar əsla bu tələyə düşməməlidirlər. Əgər bu oyun reallaşarsa, hicrət edəcək vətənimiz də olmayacaq”.

Bəli, Bərzani hərəkatı, hörmətli Haydar Başın vurğuladığı kimi, həm böyük İsrail hərəkatıdır, həm də ABŞ-ın Yaxın Şərqi özünə vətən etmək layihəsinin mühüm bir ifaçısıdır.

PKK, YPG, FƏTÖ və İŞİD ilə mübarizə apararkən ölkəmizin ərazi bütövlüyünü və millətimizin birlik və bərabərliyini həqiqətən təhdid edən Bərzanini və arxasındakı qlobal əlləri görməsək, heç bir siyasətdə uğur əldə edə bilmərik, addımlarımız daim boşa çıxar.

Tərcümə Hurriyyet.org-undur

P.S. Bərzani ailəsi barədə saytımızda http://hurriyyet.org/xeberlenti/14675-barzan-ales-yehud-chxd.html ünvanlı xəbərdə məlumat verilmişdi.

Əslən erməni olan Abdullah Öcalanın lideri olduğu və yenə də erməni Səlahəddin Dəmirtaşın dəstəklədiyi PKK-nın isə yarım erməni təşkilatı olduğu barədə http://hurriyyet.org/xeberlenti/20236-absh-keshfiyyati-ermeni-gizli-ordusu-olan-pkk-ni-ifsha-etdi-asala-ve-ermeni-terrorchulari-ile-elbirdirler-ermenilerden-ibaret-desteleri-var.html, http://hurriyyet.org/xeberlenti/19731-pkk-uzvu-olan-ermen-terrorchular-kelbecer-nece-aldqlarn-ve-qerbn-onlara-komek-eledyn-etraf-etdler-vdeo.html və digər yazılarımızda məlumat vermişdik.

Əsrlərlə türklərlə heç bir problem olmadan yaşayan, demək olar ki, eyni adət-ənənəyə, dinə sahib olan kürdlərə müxtəlif xəritələr göstərən qüvvələr onlardan qlobal planlarını həyata keçirmək üçün istifadə edirlər. Eynilə dünyanın müxtəlif ölkələrindən olan, inanc korluğu çəkən insanları süni radikal dünyagörüşü ilə zombiləşdirərək İŞİD-ə çevirməklə Suriya əhalisinin irimiqyaslı miqrasiyasına, ölkənin müxtəlif dövlətlər və separatçılar arasında parçalanmasına nail olduqları kimi. Fərq burasındadır ki, İŞİD-ə “dini”, “kürd” təşkilatlarına isə “milli” ideologiyalar sırımaqla qlobal layihələrini həyata keçirirlər.

Qlobal hadisələrə “quş uçuşundan” nəzər saldıqda, hər şey olduqca sadə görünür: İŞİD məntəqələri dövlətin əlindən alır, yerli əhalini qaçqın salır (lazım gələndə koalisiya qüvvələri də dinc sakinləri “səhvən” bombalayır ki, ən inadkar vətənsevərlər də sağ qalmaq naminə cəhənnəmə çevrilmiş torpaqlarını tərk eləsinlər), YPG/PKK və başqa ad altında yaradılmış “kürd” təşkilatları da “mübarizə apararaq” həmin məntəqələri eyni ağaların yaratdıqları İŞİD-dən təslim alsınlar.

Və bu layihələr cəbhənin müxtəlif tərəflərindəki qüvvələri açıq və gizli şəkildə silah-sursatla təmin edən, ideologiyalarını hazırlayan böyük qüvvələrin öz əsgərlərinin burnu qanamadan, ultrafanatik ordular tərəfindən həyata keçirilir. Bu qədər “təmiz”, “peşəkar” qlobal siyasət. Daha doğrusu, cinayət.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.