Türkiyədə məhkəmə binasında polisi öldürərək bir nəfəri girov götürən şəxs intihar edib - YENİLƏNİB

5-07-2017, 08:10           
Türkiyədə məhkəmə binasında polisi öldürərək bir nəfəri girov götürən şəxs intihar edib - YENİLƏNİB
Türkiyənin Bursa əyalətində yerləşən məhkəmə binasında polisi öldürən, həmçinin bir nəfəri girov götürən şəxs özünə qəsd edib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.
***23:25
Bakı. 4 iyul. REPORT.AZ/ Çərşənbə axşamı Türkiyənin şimal-qərbində naməlum şəxs məhkəmə binasında atəş açıb. Nəticədə bir polis zabiti ölüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Hurriyet" qəzeti yazıb.
Məlumata görə, cani, həmçinin vəkili yaralayaraq bir nəfəri girov götürüb.
İnsident Bursa əyalətinin Gömlik şəhərində baş verib. Cinayətkarın şəxsiyyəti hələ müəyyən edilməyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və "təcili yardım" maşınları cəlb olunub.+












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.