Temperatur 43 dərəcəyə qalxdı... – Fermerden MÜKƏMMƏL ÇIXIŞ YOLU - FOTOLAR

5-07-2017, 08:50           

Türkiyənin Adana şəhərində bir ferma sahibi inəkləri üçün duş və soyutma sistemləri quraşdırıb.
Publika.az xəbər verir ki, fermer bu təşəbbüsü kəskin istilərə görə stressə düşən inəklərin ölümünün qarşısını almaq üçün həyata keçirib.
Son 39 ilin ən isti günlərini keçirən şəhərdə fəaliyyət göstərən süd məhsulları ferması ümumi istehsalın aşağı düşməsi probleminə inəklər üçün soyutma və duş sistemləri təchiz etməklə həll tapıblar.
Müəssisənin məsul işçisi, baytar Umut Taşçı məsələ ilə bağlı danışarkən bildirib ki, heyvanların məhsul istehsal etməsi üçün kifayət qədər enerjisi olması vacibdir: “Heyvanlar bu enerjini yedikləri yem sayəsində toplayırlar. Lakin kəskin istilər səbəbilə yem istehlakı yarıbayarı azalıb. Bu problemi həll etmək üçün çarəni soyutma sistemləri istifadə etməkdə gördük. Problemin bu cür həlli heyvanların ölümünün qarşısını almaqla yanaşı, məhsul istehsalını 50% artırdı.”
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru