Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlardan şok edən sözlər: “Kişilərlə zövq üçün birlikdə olurduq” – FOTOLAR

6-07-2017, 14:46           

Türkiyənin Marmaris şəhərində polisin otellərdən birində keçirdiyi əməliyyat zamanı aralarında rus, gürcü və 3 azərbaycanlı qadının da olduğu 5 nəfər saxlanılıb.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Elgin Bulvarda yerləşən üçulduzlu oteldə fahişəliyin edilməsi ilə bağlı gələn xəbərlər üzərinə hərəkətə keçən polis gecə saatlarında əməliyyat keçirib. Oteldə fahişəlik edən Gürcüstan əsilli T.G. (38 yaş) və Rusiya əsilli G.A. (34 yaş) ilə birlikdə A.Ç. (40 yaş), D.İ. (45 yaş) və “Nurdan” ləqəbli azərbaycanlı N.R (46 yaş) saxlanılıb. Əldə edilən məlumatlara görə, Nurdan ləqəbli azərbaycanlı qadın fahişəliyin fəaliyyətində vasitəçilik edən olub.

Saxlanılanlardan G.A. polisə verdiyi ifadəsində N.R.-in ona zorla fahişəlik etdirdiyini iddia edib. Gürcüstan əsilli T.G. isə turizim məqsədi ilə Marmarisə gəldiyini, könüllü olaraq kişilərlə cinsi münasibətdə olduğunu söyləyib.

Əcnəbi qadınlarla birlikdə olan və ailəli olan azərbaycanlı A.Ç. və D.İ. ifadə verdikdən sonra onlara 250 lirə pul cəzası kəsilərək sərbəst buraxılıblar.

Türkiyə polisi fahişəlik edən əcnəbi iki qadının deportasiya edilməsi üçün fəaliyyətə keçib.

Lakin “Fahişəliyə vasitəçilik etmək və məcburi fahişəlik etdirmək”lə nəzarət altına alınan 46 yaşlı azərbaycanlı N.R. (Nurdan) onun haqqında qaldırılan iddiaları qəbul etməyib.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru