PYD İŞİD-ə rəhmət oxutdurur: “"Xilafətçilər" də belə etməmişdi!”

6-07-2017, 20:23           

ABŞ-ın liderlik etdiyi koalisiya güclərinin himayəsilə Raqqa əməliyyatına başlayan PKK Suriyadakı qanadı olan PYD Tel-Abyad, Suluq və ətraf bölgələrdə sakinləri yer-yurdlarından didərgin salır, evlərini dağıdır. Terror təşkilatının bölgə sakinlərinə vurduğu ən böyük zərbə isə ərəb və türkmən gənclərini zorla hərbi xidmətə cəlb etməsidir.

Ovqat.com yerli qaynaqlara istinadən xəbər verir ki, PYD Raqqa əməliyyatı zamanı İŞİD qarşısında verdiyi itkiləri ərəb və türkmən gəncləri hesabına kompensasiya etməyə çalışır. Təşkilata qoşulmaq istəməyənlər isə öldürülür.

PYD/PKK hörgütü son olaraq Tel-Abyad mahalına bağlı Əl-Asil (Bal) kəndinə basqın zamanı sıralarına qatılmaq istəməyən 20 yaşlı ərəb sakini - Hamadi əl-Halafı güllələyib.

Tel-Abyad qəsəbəsi sakinlərindən Məhəmməd Əbu Ubeydənin bildirdiyinə görə, PYD, Tel Abyadın şərqindəki bir nəzarət nöqtəsində oğlunun silah altına alınmasını istəməyən atanı da öldürüb: “PYD, Suluq və Tel Abyadda da təşkilata qatılmaq istəməyən iki başqa adamı qətlə yetirib”.

Təşkilatın 18 yaşından kiçikləri də silah altına aldığını ifadə edən Ubeydə onu da bildirib ki, PYD Raqqa əməliyyatda ciddi itkilər verir. “Hər gün Ras əl-Ayn mahalındakı xəstəxanalara onlarla PYD-çinin cəsədi gətirilir. PYD itkilərini kompensasiya etmək üçün indi də uşaqlarımızı məcburi silah altına alır. Xalq PYD zülmündən Hələbin şimalında müxaliflərin idarəsindəki bölgələrə qaçır. Çox sayda ailə uşaqlarını təşkilata vermək istəmədiyi üçün müxaliflərin nəzarəti altındakı bölgələrə köç etmək məcburiyyətində qaldı”.

PYD-nin bu hərəkətini bənzəri olmayan zülm adlamdıran bir başqa şahid-Suluq sakinlərindən Ramadan Əbu Samra mətbuata açıqlamasında hətta İŞİD-ə rəhmət oxuyub:

''PYD, kürdlərin İŞİD-idir. Burada həqiqəti demək lazım: İŞİD bizi məcburi olaraq evlərimizdən çıxarmadı, uşaqlarımızı əlimizdən almadı, evlərimizi başımıza yıkmadı. Buradakı vəziyyəti anlamaqda çətinlik çəkirəm. ABŞ, bir terror təşkilatını bir digər terror təşkilatıyla yoxdur etməyə çalışır. Bu necə olur? ''












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.