Türkiyədə bahalı müftə dincələn rus turistlər saxlanıldı

8-07-2017, 09:50           

Türkiyədə rus turistlər saxta buraxılışla otelə girib bir gün ərzində yeyib-içiblər. Bu barədə “Hüriyyet” məlumat yayıb.

Mənbənin yazdığına görə, Türkiyə polisi üç rus dələduz turistin tutulması haqqında raport verib. Hüquq-mühafizə orqanları əməkdaşlarının verdiyi məlumata görə, 42 yaşlı kişi iki - 37 və 41 yaşlı qadınla Antalyanın Kəmər hissəsində yerləşən istirahət mərkəzlərindən birinə gəlib. Onlar burada bir tanışlarının mənzilində qalıblar və sonra haradansa yaxınlıqda yerləşən 4 ulduzlu otelin “all inclusive” qolbağını ələ keçiriblər. Bu barədə saxlanılan şəxslər polisə özləri məlumat veriblər. Onlar bir gün ərzində oteldə bütün xidmətlərdən, yemək və bahalı spirtli içkilərdən istifadə ediblər.

Otel əməkdaşları qəribə qonaqların öz nömrələrinə tələsmədiklərini görüncə onlardan şübhələnməyə başlayıblar. Əraziyə polis çağırılıb və şübhələrin doğru olduğu ortaya çıxıb.

Lakin, Türkiyə məhkəməsi ruslara qarşı olduqca lütfkar davranıb. Hakim yeyib-içmiş turistlərə otelə vurduqları ziyanı qaytarmaları ilə bağlı qərar çıxarıb. Ödənişdən sonra rus turistlər azad edilib.(virtualaz)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru