“Türkiyənin ilk hədəfi İŞİD və onun qalası Raqqa olmalıdır” –ABŞ-ın Ankaradakı səfiri

8-07-2017, 11:14           

"Türkiyənin ilk hədəfi İŞİD və onun qalası Raqqa olmalıdır".

Bu sözləri ABŞ-ın Türkiyədəki səfiri Con Bass Afrin əməliyyatları ilə bağlı açıqlamasında deyib.

“Türkiyənin müdafiə haqqı var. Hörmət edirik. Düşünürəm ki, əsas hədəf İŞİD və Raqqa olmalıdır. Bütün iştirakçılar İŞİD-lə mübarizəyə diqqət yetirməlidir”, – səfir bildirib.

Qeyd edək ki, türk ordusunun YPG-nin nəzarətində olan Afrinə əməliyyat təşkil edəcəyi ilə bağlı məlumatlar yayılır/Axar.az.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru