Türkmənistanda prezident korrupsiyaya görə naziri vəzifəsindən qovdu

8-07-2017, 21:33           
Türkmənistanda prezident korrupsiyaya görə naziri vəzifəsindən qovdu
Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov ölkənin tikinti və memarlıq naziri Çarı Atayevi “işində yol verdiyi ciddi çatışmazlıqlara və özünü rəhbər kimi doğrultmadığına görə” vəzifəsindən azad edib.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, dövlət başçısı bu qərarını hökumətin 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş geniş müşavirəsində açıqlayıb.

Müşavirədə çıxış etmiş İqtisadi Cinayətkarlığa qarşı Mübarizə Dövlət Xidmətinin başçısı Məmmətxan Çakıyev bildirib ki, Tikinti və Memarlıq Nazirliyi strukturunda korrupsiya cinayətləri halları aşkarlanıb.

Çakıyevin sözlərinə görə, bu cinayətlərdə nazirə yaxın adamların əli var və həmin insanlar nazir tərəfindən müxtəlif vəzifələrə təyin edilərək, nazirliyin sifarişi ilə tikinti işləri aparan özəl müəssisələrdən rüşvət alıblar.

Nazirin işdən qovulması barədə sərəncamı imzalayarkən Berdlməhəmmədov qeyd edib ki, “Türkmənistanda heç zaman rüşvətxorluğa yer olmayacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru