Ərdoğandan ABŞ-a: Cavabınızı verəcəyik

8-07-2017, 23:11           

Sərhədimizdəki terrorçuların silahlandırılması cavabsız qalmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan G20 sammitindən sonra mətbuat nümayəndələrinə açıqlamasında deyib. Dövlət başçısı qeyd edib ki, Türkiyə özünü qoruma haqqından istifadə edəcək:

“Sərhədlərimizin yaxınlığında terror qruplaşmalarının dəstəklənməsinə, silahlandırılmasına və təşkilatlandırılmasına əsla səssiz qalmayacağıq. Terror qruplarına verilən silahların ölkəmizdə də ələ keçirilməsi onu göstərir ki, mövcud problem artıq nəzarətdən çıxıb”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl YPG terror qruplaşmasının silahlandırılması ilə bağlı sərəncam imzalamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru