Türkiyə iqlim haqqında sazişin ratifikasiyasını dayandırıb

9-07-2017, 09:11           
Türkiyə iqlim haqqında sazişin ratifikasiyasını dayandırıb
Türkiyə iqlimə dair Paris sazişinin ratifikasiyasını dayandırıb. Qərara səbəb ABŞ-ın sazişdən çıxması olub. APA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hamburq G-20 sammitinin yekunlarına dair brifinqdə deyib.

“ABŞ-ın addımlarından sonra Türkiyə parlamentində də Paris sazişinin ratifikasiyası dayandırılıb”, - deyə Ərdoğan jurnalistlərə Hamburqda bildirib. Ərdoğan əlavə edib ki, inkişaf etməkdə olan Türkiyənin sazişdə göstərilən sanksiyalardan azad edilməsinə təzminat verilməyincə, Ankara bu müqaviləni ratifikasiya etməyəcək.

“Mən bu barədə Angela Merkeli və Emmanuel Makronu açıq məlumatlandırdım”, - deyə Ərdoğa qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyunda ölkəsinin iqlimə dair Paris sazişindən çıxdığını bəyan edib. Qeyd edək ki, 2015-ci ilin dekabrında imzalanan İqlimə dair Paris sazişi iqlim sahəsində əldə olunan ilk razılaşmadır. Dünyanın 194 ölkəsi tərəfindən imzalanan bu saziş qlobal istiləşmənin qarşısının alınması üzrə beynəlxalq fəaliyyət planını müəyyənləşdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru