Tarixçi Çingiz Xanın milliyyətini müəyyən etdi - Monqol, yoxsa Türk?

11-07-2017, 02:25           
Tarixçi Çingiz Xanın milliyyətini müəyyən etdi - Monqol, yoxsa Türk?
Ukraynalı məşhur tarixçi Vladimir Belinski Çingiz Xanın Monqol olmadığını, əksinə, Türk olduğunu iddia edib.

Bütün ömrünü böyük döyüşçü və sərkərdə Çingiz Xanın həyatını araşdırmağa həsr etmiş tarixçi Vladimir Belinski iddasına sübut olaraq Çingiz İmperatorluğunun əsasən 4 boydan yarandığını və bu boyların Türk boyları olduğunu ortaya qoyub. Bu boylar Kıyatlar, Kereyler, Naymanlar və Merkitlərdir.
Çingiz Xanın atası Esugey Bahadır Kiyat boyuna mənsub olub. Çingiz Xanın xanımı Börte isə Kongırat boyuna.

Vladimir Belinski bütün imperiyanın Türkcə danışdığını və Çingiz Xanın həqiqi adının "Temirçın" olaraq oxunması lazım olduğunu iddia edir. Böyük imperatorun Türk olduğunu isbat edən görkəmli tarixçinin başqa iddiaları da var. Şərqə edəcəyi böyük yürüş ərəfəsində bütün Türk boyları Çingiz Xanın əmri altında birləşib. Buna görə də Qazaxıstan məkanında Çingiz Xanın ordusu ilə köçəri Türklər arasında heç bir problem yaşanmır. Çingiz İmperatorluğunun qurulduğu ilk illərdə Ak-Naymanlar və digər boylar onun içində yer alırdı.

Bu fikri məşhur Rusiyalı tarixçi Hacı Murad da iddia edir. Ona görə, Çingiz Xan Altay mənşəli Türk boylarının mənsubdur. Görkəmli tarixçinin fikrinə görə, böyük imperatorun Çinə etdiyi məşhur yürüş ərəfəsində imperiyaya Monqol tayfaları da daxil olub.

Vladimir Belinski və Hacı Murad Çingiz Xanın Türk olması ilə bağlı iddialarını Çingiz Xan İmperiyasında istifadə edilən metal pulun üstündə Türk dilində yazılması ilə sübut edirlər.
Moderator.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.