Bərzani “düymə”yə basdı:TÜRKİYƏDƏ ADINDA "KÜRDÜSTAN" SÖZÜ OLAN PARTİYA QURULUR

11-07-2017, 02:48           

“Şimali Iraq Özərk” yönətimi başqanı Məsud Bərzaninin liderlik etdiyi partiyaya Türkiyədən də “qardaş” gəlir: “Kürdüstan Demokratik Partiyası”.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, sabah adıçəkilən partiyanın rəhbərliyi Türkiyənin Daxili İşlər Nazirliyinə təşkilatın quruluş diləkcəsini təqdim edəcək.
Qeyd edək ki, əgər nazirlik partiyanın bu isimlə qurulmasına izin verilirsə, Türkiyədə ilk dəfə adında “Kürdüstan” sözü keçən bir partiya faaliyyətə başlayacaq.
Onu da qeyd edək ki, Bərzaninin başqanlığını etdiyi Quzey Iraqdaki siyasi partiyanın adı da “Kürdüstan Demokratik Partiyası”dır.
Türkiyədə sabah quruluşu üçün ilk rəsmi addımın atılacağı partiyanın arxasındakı əsl gücün də Quzey Iraqdakı Bərzani yönətimi olduğu xəbəri Ankara siyasi kulislərində dolaşır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru