Türkiyənin sevilən aktyoru vəfat etdi

11-07-2017, 11:23           

Türk kinosunun sevilən simalarından olan Fikrət Hakan vəfat edib.

Kult.az xəbər verir ki, uzun müddətdir ağciyər xərçəngindən əziyyət çəkən aktyor İstanbulda müalicə aldığı xəstəxanada keçinib.

Həkimlər təxminən 2 saat onu həyata qaytarmağa çalışsa da, bütün cəhdlər uğursuz olub və aktyor 83 yaşında həyatını itirib.

Qeyd edək ki, Fikrət Hakan “Battal Qazi gəlir”, “Üç yoldaş”, “İtirilmiş illər” kimi məşhur ekran işlərində yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru