Türkiyədən çamadanda qaçmaq istəyən qadın saxlanıldı - VİDEO

16-09-2017, 21:20           

Gürcüstan vətəndaşı Türkiyədən ölkəsinə qanunsuz yolla rusiyalı qadını keçirmək istəyib.

Oxu.Az-ın IHA agentliyinə istinadən məlumatına görə, gömrükçülər qadını çamadanda aşkarlayıblar.

Hadisə Batumi yaxınlığında Türkiyə-Gürcüstan sərhədinin Sarpi nəzarət-keçid məntəqəsində baş verib. Ağır çamadanı arxasında sürüyən 47 yaşlı kişi gömrük işçilərində şübhə yaradıb. Yoxlama zamanı çamadanın içindən 27 yaşlı Rusiya vətəndaşı Angelina Samusenko çıxıb.

Qeyd edilir ki, Samusenkonun adı cari ilin may ayında Türkiyənin Kəmər şəhərində baş verən qəzada hallanır. İçkili vəziyyətdə sükan arxasında olan rusiyalı qadın Antalyada beş ulduzlu hotellərin birində bağban işləyən altı uşaq atasını avtomobillə vurub öldürüb. Məhkəmənin qərarı ilə Samusenkoya ölkədən çıxış qadağan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru