"Camaatın yeganə məqsədləri Ərdoğanı bitirməkdir"
30-07-2015, 12:59
Gülən Camaatından ayrılan yazıçı Hüseyn Gülerce Beyaz TV-də qatıldığı proqramda, "Camaatın yüksək çinli iki səlahiyyətlisi mənə bildirdi ki, "Ərdoğan 30 martdakı bələdiyyə seçkilərini görməyəcək. Çünki ya ruhi xəstəxanasınaya salınacaq, ya da intihar edəcək"", - deyə söyləyib.
FaktXəbər-in məlumatına görə, Gülerce bele deyib: "Məni inandırmaq üçün camaatın başında duran həmin şəxslər evimə gəldilər. "Ərdoğan 30 martdakı bələdiyyə seçkilərini görməyəcək. Çünki ya ruhi xəstəxanasınaya salınacaq, ya da intihar edəcək" dedilər. Bu qəzetlərdə və televiziyalarda işıqlandırılmadı. Dedim ki, Tayyib Ərdoğan namaz qılan, imam xətib məzunu niyə intihar etsin? Onlar da cavab verdilər ki, "çox gizli çəkilmiş videolar var". Sual etdim ki, kim çəkib bu gizli çəkilişləri? Cavabları bu oldu: "40 mühafizə polisinin 25-i bizim adamımızdır."
İndi əlbəttə bunu inkar edə bilərlər. Mən yalan deyirəmsə Allah məni öldürsün. "Demədik" söyləyirsinizsə, siz də mənə lənət deyin, ictimaiyyət qarşısında and içək.
Camaat prezidentin mühafizəçiləri arasına belə, öz adamlarını yerləşdirib. Yeganə məqsədləri Ərdoğanı bitirməkdir".