İran şahı Rza sahın və oğlunun soy kökü haqqında bilmədikləriniz

1-08-2015, 22:13           
İran şahı Rza sahın və oğlunun soy kökü haqqında bilmədikləriniz
İran şahı Rza şahın xanımı Tacülmülk.

İran şahı Rza şah
Rza Şahın türk soyluluğu haqqında onun xanımı şahbanu Taculmüluk danışır:
Rza menim atamın esgeri idi. Qafqazda bolşéviklere qarşı savaşda atamın canını qurtadığı üçün bizim aileye yaxın olmuş ve atam ona minnetdarlıq borcu hiss édirdi. Rza İranda dünyaya gelse de, ailesi Bakıdan İrana köçmüşdü ve türk dilini çox yaxşı bilirdi. Men ve Rza her ikimiz de soy olaraq Azerbaycan türkü idik. Men Bakıda, Rza İranda dünyaya gelmişdik. Rza Azerbaycanı çox sévirdi. Rzanın Azerbaycana olan sévgisini bilen Füruği sürekli onun qulağına azerbaycanlıların esil iranlı olduqlarını oxuyur, Zerdüştün ve zerdüştçülüyün de Azerbaycandan yükseldiyi nağılını doldururdu.
(Qaynaq: ”Taculmüluk xatireleri”, s. 26,91)
Yenə də şahbanu Tacülmülk xatirelerinden...
Kraliçe Taculmülk Ayrımlu´nun Türk dili ve Azerbaycan musiqisi haqqında görüşleri...
Rza Şah Pehlevi´nin éşi ve Muhemmedrza Şahın anası Kraliçe Taculmülk Ayrımlu´nun xatirat kitabından:
Menim şéirlerimin çoxu türk dilinde idi. Şehriyar Téhranda olduğunda bir néçe kere Onu saraya devet étmişdim. Şéirlerimi dinleyib xoşlanmış ve şéir seneti haqqında bezi bilgiler de vérmişdi. Onun xoş sözleri meni daha da teşviq étdi. Şehriyarın şéirlerini, özellikle onun şéir oxumasını çox séverdim. Xüsusen Şehriyar şéir oxuyub Ebulhedenxan Seba saz çaldığında çox möhteşem olardı. Adam, şah qadını ve şah anası olduğunda bezi engellerle qarşılaşır. Oğlum Muhemmedrza şah divanımın yayımlanmasına izin vérmirdi. Kraliçenin şair olması ölkede ailemiz haqqında yanlış fikir oluşdura biler déyirdi. Men türkce şéiri bütün dünya dillerinden üstün bilirem. Dünyada héç bir dil türkce qeder şéir yazmağa uyqun dil déyildir. Musiqi de menim üçün ancaq Azerbaycan musiqisidir. Azerbaycan musiqisini bütün dünya musiqisinden üstün bilirem.
(Qaynaq:”Kraliçe Taculmülk´ün xatireleri”, s. 212, 213, 216.)
teref.az olaraq onuda bildirmək istəyirik ki, şahbanunun atası Dədə bəy Ayrımlı olub.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.