KİV: Ərdoğan İraqdakı Kürd Muxtar Əyalətinin baş naziri ilə görüşməkdən imtina edib

31-10-2017, 12:34           
KİV: Ərdoğan İraqdakı Kürd Muxtar Əyalətinin baş naziri ilə görüşməkdən imtina edib
“İraqın şimalındakı Kürd Muxtar Əyalətinin baş naziri Neçirvan Barzani iki aydır Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyə cəhd edir, amma bu alınmır”.
“Report” xəbər verir ki, bunu Türkiyənin “Hürriyet” qəzeti yazıb.
Yazıda qeyd olunub ki, sentyabrın 25-də İraqın şimalında keçirilən “referendum”dan sonra Barzani ailəsi Türkiyə ilə əlaqələri normallaşdırmaq üçün yollar axtarır.
“Neçrivan Barzani 2 aydır Ankaraya getmək, Türkiyə prezidenti ilə görüşmək istəyir. Rəcəb Tayyib Ərdoğan onunla görüşmək istəmədiyini bildirib. Prezident niyə görüşmədiyni belə izah edib: “Mənim səlahiyyət səviyyəmə uyğun deyil”. Bundan başqa Barzaninin “müstəqilik referendumu”nu Türkiyə ilə məsləhətləşməməsini də səbəblərdən biri kimi göstərərk, deyib: “İsraillə müzakirə etdilər, bizimlə görüşmədilər”, - deyə qəzet vurğulayıb.
Qeyd edək ki, muxtariyyətin başçısı Məsud Barzani oktyabrın 29-da istefa verib. Onun səlahiyyətlərini baş nazir Neçrivan Barzani icra edir. O, M.Barzaninin qardaşı oğludur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.