İmkansızlıqdan çəkdiyi portretləri satan Əli bəy Hüseynzadəyə kim gizli kömək etdi?- TARİX

31-10-2017, 14:15           
İmkansızlıqdan çəkdiyi portretləri satan Əli bəy Hüseynzadəyə kim gizli kömək etdi?- TARİX
Böyük ideoloq, maarifçi, türkçülük ideologiyasının banilərindən olan Əli bəy Hüseynzadə alim, həkim, şair, publisist olmaqla yanaşı, həm də rəssam idi. Onun bir neçə rəsm əsəri bu gün də ayrı-ayrı muzeylərdə qorunub saxlanılır. Amma elə bir dönəm olub ki, Əli bəy həmin portretləri satmaq məcburiyyətində qalıb.

Moderator.az xəbər verir ki, Orucov qardaşları Nikolayevski küçəsindəki mağazanın vitrinində satışa iki şəkil qoymuşdular. Biri “Bibiheybət məscidi”, o birisi “Çeşmə başında” idi. Birincisinə beş yüz manat, ikincisinə üç yüz manat qiymət qoyulmuşdu. Hər ikisini də Əlibəy Hüseynzadə çəkmişdi. Müəllimlərin yığıncağında Həbib bəy Mahmudbəyov deyir ki, Əlibəyin, görünür, əli aşağıdır, öz çəkdiyi əsərləri satır, gəlin adambaşı on manat qoyaq “Çeşmə başında” şəklini alaq, püşk atarıq, kimə düşdü, olar onun malı. Elə də elədilər “Çeşmə başında” rəsmində meşənin içində, bulaq başında yaşlı bir adamın namaz qılması təsvir edilmişdi.

“Bibiheybət məscidi” əsərini isə Bakıdakı ingilis konsulu Mak Donnel alıb Londona göndərmək istəyirdi. Dükana girib sifariş verir ki, şəkli sabah gətirin İçəri Şəhərə, ingilis konsulxanasına. Bu söhbəti “Bəradərən Orucov”ların böyük qardaşı o axşam Hacı Zeynalabdin Tağıyevin evində danışır. Hacı Zeynalabdin beş yüz manat verib deyir ki, həmin əsəri sabah göndər bizə... Amma bu barədə Əlibəy Hüseynzadə heç nə bilməsin, pul almaz. Çünki “Həyat” qəzetinin və “Füyuzat” jurnalının baş redaktorudur, məndən maaş alır, məndən pul götürməz. Bibiheybət məscidinin şəkli qoy Bakıda qalsın, gedib Londona düşməsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru