Bakı Atatürk Liseyində Türkiyə Cümhuriyyətinin 94-cü ildönümü qeyd edilib

31-10-2017, 17:47           

Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində Türkiyə Cümhuriyyətinin yaradılmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqanın, Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərruh Tuzcuoğlunun, liseyin müdiri Hüseyn Dəmirəlin və digər qonaqların iştirak etdiyi bayram tədbirinə Ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, həmçinin şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə start verilib.

Sonra çıxış edən liseyin müdir müavini Eylem Gültəkin türk xalqının istiqlal mübarizəsindən, Mustafa Kamal Atatürkün öndərliyi ilə Türkiyə Cümhuriyyətinin yaranmasından və keçdiyi inkişaf yolundan danışıb. O da qeyd olunub ki, Türkiyə-Azərbaycan əlaqələri bu gün sürətlə inkişaf edir, birgə layihələr həyata keçirilir.

Sonra liseyin şagirdlərinin ifasında bu tarixi hadisəyə həsr oluknmuş mahnı və şeirlər səsləndirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.