Habur sərhəd qapısı Bağdada təslim edildi - Türk və İraq ordusu irəliləyir

31-10-2017, 19:46           

Hurriyyet.org xəbər verir ki, İraq Kürd Regional İdarəsinin nəzarətindəki Xəlil İbrahim sərhəd qapısı İraq mərkəzi hökumətinə təslim edilir. “Röyters” informasiya agentliyi İraq hərbçilərinin Türkiyə ilə İraq sərhədindək Habir sərhəd qapısını təslim aldıqlarını bildirib.

Habur sərhəd qapısının qarşısında yerləşən, peşmərgənin nəzarətində olan Xəlil İbrahim sərhəd qapısı İraq mərkəzi hökumətinə təslim edilir. Təhvil-təslim mərasimində İraqın Baş Qərargah rəisi və iknci ordu komandiri iştirak edir.

Bu arada Türkyə Silahlı Qüvvələri ilə İraq Silahlı Qüvvələri Şırnakın Silopi rayonunda təlim keçirib. İki ölkə hərbçiləri Habur sərhəd qapısında doğru irəliləməyə başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.