PKK-nın ermənilərin dəstəyinə arxayınlığı
3-08-2015, 18:58
Türkiyə kəşfiyyat orqanları ölkənin şərqində və cənubi-şərqində baş verənlərlə bağlı şok məlumatlar əldə ediblər.
Hafta.az-ın verdiyi xəbərə görə, MİT-ə yaxın mənbə türk mətbuatına şok faktlar sızdırıb. Belə ki, Ağrı, Kars-Kağızman, İğdır, Doğubayazıt, Ardahan, Göle ve Erzurumun bir hissəsində fəaliyyətini artıran terror təşkilatı bu ərazilərdə "kanton bölgə" yaratmaq istəyir. Terror hücumlarının və kütləvi iğtişaşların sayının artırılması yolu ilə Türkiyəni xaosa sürükləyərək ölkənin şərqində və cənubi-şərqində nəzarətsiz bölgə yaradılması, daha sonra terror təşkilatının siyasi qolunu dövrəyə soxaraq ərazidə separatçı zona yaradılması planlaşdırılır. Daha sonra Ermənistanla sərhəd zonasına nəzarəti ələ keçirərək PKK terrorçularına silah təchizatı yolunu asanlaşdırmaq nəzərdə tutulur. Hətta bununla bağlı terrorist başçısı Abdullah Öcalan bu ideyaya dəstək verməsi üçün erməni xalqına həbsxanadan məktub da yazıb.
Mənbə bildirir ki, hazırda MİT, DİN və türk ordusunun Baş qərargahı Ağrı, Kars-Kağızman, İğdır, Doğubayazıt, Ardahan, Göle və Erzurum xəttindəki birliklərin sayını artırmaqdadır. Əraziyə yeni kəşfiyyat qrupları göndərilir və Ermənistanla sərhəd zonasına nəzarət gücləndirilir.
Hafta.az vasitəsilə məsələyə münasibət bildirən politoloq Araz Əlizadə hesab edir ki, Türkiyə ermənilərin kürdlərə yardımına görə işğalçı ölkəyə heç bir cəza tətbiq etməyəcək:
“Türkiyənin Ermənistana hərbi müdaxiləsi ola bilməz. Çünki sərhəddə rus qoşunları durur. İkincisi, Türkiyə deyir ki, Ermənistana iqtisadi blokada elan edib. Ancaq İran ərazisindən işğalçı ölkə ilə ticarət mübadiləsi edir. Ona görə də Türkiyənin Ermənistana hərbi müdaxilə edəcəyinə inanmıram. İlk olaraq Türkiyə MİT-I Öcalanın zindandan ermənilərə necə məktub göndərdiyini aydınlaşdırsın. Çox maraqlıdır, Türkiyə istihbaratçıları hara baxır?”.
Araz Əlizadə həmçinin hesab edir ki, Ermənistanın əli ilə kürdlərə tamamilə başqa qüvvələr dəstək olur:
“Ermənistanın özü məzlum durumdadır. Onlar bunu arxalı köpək olduqları üçün hürə bilir. Onların başqa cür kürdlərə dəstək verməsi mümkün deyil. Ermənilərdə nə pul nə də artıq silah-sursat yoxdur ki, kürdlərə kömək etsin. Bunu ermənilərin əli ilə edə bilən Rusiya ola bilər. Onların da hazırda başı Ukraynaya qarışıb. İnanmıram ki, belə bir məqamda Rusiya Türkiyə kimi müttəfiqinə belə bir hərəkət etsin. Kürtlərə pul verən də, silahlandıran da Amerika və onun müttəfiqləridir. Ola bilsin bunu ona görə ediblər ki, əqrəbi Amerikaya tərəf çevirsinlər”.
Politoloq Çingiz Bayramov isə Hafta.az-a açıqlamasında bildirib ki, Ermənistanın terrorçu PKK kürdlərinə bu dəstəyinə normal baxır. Politoloq deyir ki, ancaq Azərbaycan kimi terrora məruz qalan insanlar və xalqlar həmişə terrorun nə olduğunu yaxşı anlayıblar:
“Terror qruplarını dəstəkləyənlər isə həmişə terrorla hakimiyyətə gələnlər və dünyaya terror ixrac edən ölkələrdir. Bu baxımdan Ermənistanın Türkiyəyə qarşı yönəlmiş bütün terror hərəkətlərini dəstəkləməsi normaldır. Çünki bu işğalçı ölkə özü dünyaya terror ixrac edir. Həm də hazırda bu ölkədə hakimiyyətdə olanlar Azərbaycan insanına min bir terror aktı həyata keçirmiş, işgəncələr vermiş insanlardır. Serj Sarkisyan isə bunun öndə gələnlərindəndir. Türkiyə Ermənistanı kimlərin idarə etdiyini yaxşı bilir. Düşünmürəm ki, bu hadisədən sonra Türkiyə ilə Ermənistan arasında müsbətə doğru hansısa irəliləyiş baş versin. Öcalanın son məktubu bu ümidin onurğa sütununu da qırdı”.