Türk general ABŞ, İngiltərə və İsrailin “Böyük Ermənistan” planından danışdı – VİDEO

1-11-2017, 22:51           

“Afrini almasaq Hatay bölgəsi də əldə gedəcək”.
Bu sözləri Türkiyənin təqaüdə çıxmış generalı İhsan Başbozkurt Türkiyə Silahlı Qüvvələrinin Orta Şərqdəki yol xəritəsi ilə bağlı fikirlərini paylaşarkən deyib.
Uzun illərdir cənub-şərq sərhədlərində xidmət göstərən general bölgədə yaşanan problemlərə, coğrafiyanın zənginliklərinə sahib olmaq istəyən İngiltərə, ABŞ və İsrailin 100 illik planlarının nəticəsi olduğuna diqqət çəkib:
“Məqsəd cənub-şərq sərhədləri boyunca uzanan böyük bir Ermənistan dövləti, böyük bir kürd dövləti və nəhayət böyük İsrail dövlətini qurmaqdır. Artıq keçmiş Türkiyə yoxdur, yeni Türkiyə var. 100 illik xəritə və planları masanın üzərindən götürməliyik”.
Türkiyə Silahlı Qüvvələrinin Suriyada bu günə qədər Şah Fırat, Fırat qalxanı və İdlib hərəkatlarını gerçəkləşdirdiyini xatırladan general planlaşdırılan Afrin əməliyyatının əhəmiyyətini də vurğulayıb.
İhsan Başbozkur Səudiyyə Ərəbistanı tərəfindən açıqlanan “Mülayim İslam” anlayışının pərdəarxası məqamlarını da açıqlayıb.
TEREF.İNFO “A24.az”-a istinadən Türkiyə mediasında yayımlanan videoxəbəri təqdim edir:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.