Ərdoğan: "Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olmaqda davam edəcəyik"

2-11-2017, 08:46           
Ərdoğan: "Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olmaqda davam edəcəyik"
Dağlıq Qarabağ məsələsində haqlı mübarizədə Azərbaycanın yanında olmaqda davam edəcəyik.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyənin dövlət başçısı qeyd edib ki, o, münaqişənin həlli ilə bağlı səy göstərəcək. "Hörmətli Putinlə görüşüb bu məsələni müzakirə edəcəyik. Çünki həqiqətən məsələnin həllinə girişsə, nəticə almaq daha çox asanlaşar", - deyə Türkiyənin dövlət başçısı qeyd edib.
O, Azərbaycanla imzalanan sazişlərdən razı qaldığını vurğulayıb. Ərdoğan 2018-ci ildə Qafqaz İslam Ordusunun yaradılmasının 100-cü illiyinin birlikdə qeyd ediləcəyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru