Dağıstan sərhədində Ermənistan - Azərbaycan qarşıdurması

2-11-2017, 18:39           

Ermənistan İrandan aldığı məhsullarla Azərbaycanı vurur

Rusiyanın istehlak bazarına nəzarət qurumu «Rosselxoznadzor» Dağıstan sərhədində Azərbaycandan gətirilən 18 ton tomatın ölkəyə buraxılmasına qadağa qoyub.

İstiPress-in məlumatına görə, Rusiya qurumları məhsulun fitosanitar sertif ikatında məlumatların doğru olmadığını bildiriblər. Mətbuatın yazdığına görə, Rusiya məmurları həmin tomat məhsullarının Türkiyə istehsalı olan pomidorlarından hazırlandığından şübhələniblər.

Əslində, Azərbaycandakı vəziyyətlə yaxından tanış olanlar bilir ki, bu versiya həqiqətdən çox uzaqdır. Çünki Azərbaycanda tomat məhsullarını həddindən ucuz - kiloqramı 7 qəpikdən alırlar, Türkiyədə topdansatış qiymətləri 30 qəpikdən aşağı deyil, yəni həmin məhsulların Azərbaycana gətirilməsi ağlabatan deyil.


Amma Azərbaycan məhsullarına qoyulan qadağa Ermənistan prezidenti Serj Sarkisyanın «RİA Novosti» agentliyinə verdiyi müsahibə fonunda çox müəmmalı görünür. Serj Sarkisyan müsahibədə Ermənistanın Rusiyanın pomidor və tomat məhsulları bazarında lider olmaq istədiyinə işarə vurur.

«Keçən il kənd təsərrüfatı sahəsində bizim Rusiyaya ixracımız 40% artdı. Bu il artım göstəricisi bir az azalsa da, 35%-dən yüksəkdir. Biz Ermənistanda istixana təsərrüfatını yüksək templərlə inkişaf etdiririk»,- deyə Serj Sarkisyan vurğulayıb. Müsahibənin digər bölümündə Serj Sarkisyan Ermənistanın da Rusiya tomat bazarında liderlik uğrunda mübarizəyə qoşulmasını dolayısı ilə təsdiqləyib.


Aqrar islahatlar sahəsində mütəxəssis Vahid Məhərrəmov İstiPress-ə müsahibəsində Ermənistanın belə bir şansının olmadığını vurğulayır: “Türkiyə amili nəzərə alınarsa, Ermənistanı belə bir şansı yoxdur. Türkiyə ildə 8 milyon ton pomidor istehsal edir. Bu məhsulla rəqabət aparacaq ölkə çətin ki, tapılsın. Ermənistanın özünün istehsalı da yoxdur. O, Rusiya bazarına İran pomidorlarını ixrac edir”,

Bu il Ermənistandan Rusiyaya 30 min ton pomidor ixrac edilib. Azərbaycanın ixracı isə 100 min tonu keçib. Təbii ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz məhsullarını ixrac edir və Rusiyadan daxil olan pullar birbaşa regionlara gedir, yəni təsərrüfat sahiblərinə və təsərrüfatların işçilərinə çatır. İndi Ermənistan həmin pulları öz əlinə keçirmək istəyir. Azərbaycan torpaqlarının işğalı ilə nəticələnmiş Qarabağ münaqişəsi fonunda bu da bir növ iqtisadi müharibədir və Azərbaycan buna hazır olmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.