Bu işi BMT-nin nəzarətində görməyə çalışırıq - Türkiyə

5-01-2018, 08:52           

Suriyada siyasi keçidlə bağlı işlər davam etdirilir və Astana-Cenevrə proseslərini bir-birinə daha da yaxınlaşdırmağa cəhd edirik.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransaya səfəri ilə bağlı prezident köməkçisi İbrahim Qalın Frans-24-ə açıqlamasında bildirib.

"Astana-Cenevrə proseslərini bir-birinə daha da yaxınlaşdırmağa və bunları BMT-nin nəzarəti altında etməyə çalışırıq. Səfər zamanı bu məsələyə toxunacağıq. İraqdakı təhlükəsizlik şərtləri və terrorizmlə mübarizə kimi digər regional məsələlər də Parisdə masaya yatırılacaq", - Qalın söyləyib.

Qeyd edək ki, Ərdoğan yanvarın 5-də Fransaya səfər edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru