Akademikdən gündəmi dəyişən İDDİA: “Nuh peyğəmbərin mobil telefonu vardı...”

6-01-2018, 13:57           

Türkiyəli akademik Yavuz Örnek Nuh peyğəmbərlə bağlı ilginc iddia ilə çıxış edib.

Cebhe.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, akademik peyğəmbərin ona inanmayaraq gəmiyə minməkdən imtina edən oğlunu yola gətirmək üçün böyük fəlakətdən əvvəl mobil telefonla zəng etdiyini bildirib. Yavuz Örnek iddiasının elmi əsasları olduğunu diqqətə çatdırıb.

“Nuh peyğəmbərin oğlu ona inanmırdı. Buna görə də gəmiyə minməkdən imtina etmişdi. Nəticədə o, oğlunu yola gətirmək üçün ona mobil telefonla zəng etdi”, - deyə akademik bildirib. Örnek həmçinin Nuhun gəmisinin nüvə enerjisi ilə işlədiyini də iddia edib:

“10 min il əvvəl Nuh peyğəmbər 400 metrlik dalğaların zərbələrini dəf edə bilmək üçün gəmini poladdan hazırladı. O, gəmini işə salmaq üçün nüvə enerjisindən istifadə etmişdi”.

Akademik həmçinin Nuhun oğlunun “uçan naməlum obyekt”inin olduğunu da iddia edərək, ölkənin gündəminə möhürünü vurub:

“Nuhun oğlu “uçan obyekt”dən istifadə edirdi. Nuhun tufanı bütün dünyanı cənginə almışdı, yəni, bu günədək olan iddiaların əksinə olaraq, fəlakət bir bölgəni əhatə etmirdi. Buna görə də Nuh gəmiyə canlı heyvan mindirməmişdi. Canlıların döllərini və yumurtalarını götürmüşdü. Bunları da sifarişlə Fransa və ABŞ-dan almışdı. Tufandan sonra isə Nuh quruya çıxmaq üçün göyərçin yox, Pilotsuz Uçan Aparat (PUA) uçurdu. Bunun da elmi izahi var”. Akademik iddia edib ki, İsa peyğəmbər 2 min il əvvəl yox, 2300 il əvvəl doğulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.