Ankaradakı partlayış terror aktı kimi təsdiqləndi

2-02-2018, 23:24           

Türkiyənin paytaxtı Ankara şəhərinin hakimiyyət orqanları vergi müfəttişliyinin binasında baş vermiş partlayışı terror aktı adlandırıblar.

Publika.az "NTV" telekanalına istinadən xəbər verir ki, partlayışı PYD ilə əlaqədə olan terrorçu törədib.

Telekanalın məlumatına görə, terrorçu Suriya ərazisində partlayıcı qurğuların yaradılması ilə bağlı təlim keçib. Türkiyənin təhlükəsizlik orqanlarının əməkdaşları bombanı binaya keçirmiş şəxsi zərərsizləşdirib.

Hadisə ilə bağlı daha 8 nəfər saxlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.