Şuşada məscidi o tikməyib - Səfirlik

3-02-2018, 17:19           

Qazaxıstanlı iş adamı Kayrat Boranbayev Şuşa şəhərində məscid tikintisini maliyyələşdirməyib.

teref.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, K.Boranbayev heç vaxt Dağlıq Qarabağa səfər etməyib və orada hər hansı layihənin maliyyələşdirilməsini planlaşdırmayıb və həyata keçirməyib.

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan mətbuatında yerli sahibkar, “Forbes” jurnalının versiyasına əsasən ölkənin 50 ən varlı şəxsi sırasında yer alan Kayrat Boranbayevin hazırda Ermənistanın işğalı altında Azərbaycanın Şuşa şəhərində Yuxarı məscidin bərpasını maliyyələşdirmək niyyətində olduğunu yazmışdı (Trend).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru