Türkiyənin 7 hərbçisi həlak oldu - YENİLƏNİB

4-02-2018, 00:59           
Türkiyənin 7 hərbçisi həlak oldu - YENİLƏNİB
Davam edən "Zeytun budağı" əməliyyatı çərçivəsində daha 7 türk hərbçisi həlak olub.

Unikal.org Türkiyə mətbuatına istinadən bildirir ki, Afrinin şimal-şərqində Şeyx Horoz rayonunda terrorçular tərəfindən atılan mərmilərdən biri Türkiyə Hərbi Qüvvələrinin tankına dəyib. Nəticədə tankda olan 5 hərbçi həlak olub. TSQ-dan tank vurulması ilə bağlı növbəti açıqlama verilib. Qeyd edilib ki, həmin hücum nəticəsində 5 əsgər şəhid olub. Bununla da gün ərzində Türkiyə ordusunun verdiyi şəhid sayı 7-yə çatıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

18:20

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı” əməliyyatında daha 2 şədid verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçuların atdığı raket sərhəddəki Süngütəpə kəndidə xidmət aparan əsgərlərin olduğu yerə düşüb.

Raket zərbəsi nəticəsində 5 əsgər yaralanıb, biri isə şəhid olub. Yaralılar Kilis Dövlət Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.

Bundan başqa, 1 əsgər isə terrorçularla atışmada şəhid olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru